İsrail ordusu Beyrutda "Hizbullah" komandirini məhv edib
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Beyrutda Aqil adlı Hizbullah komandiri zərərsizləşdirilib.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənub ətrafına təşkil etdiyi reyd zamanı öldürülən “Hizbullah” hərbçilərinin hərbi lideri İbrahim Aqil sentyabrın 20-də səhər saatlarında xəstəxanadan buraxılıb.
Al Hadath telekanalının məlumatına görə, o, sentyabrın 18-də İsrailin kiberhücumları nəticəsində simsiz rabitə cihazlarının kütləvi partlaması zamanı yaralanıb.
Aqil iyulun 30-da Beyrutun cənub kənarında İsrailin hava hücumu zamanı öldürülən Fuad Şokrun yerinə təyin edilib. Şokr şiə milislərinin əməliyyat qərargahına rəhbərlik edirdi.