Aİ Rusiyanın aktivlərinin dondurulması müddətini uzatmaq niyyətindədir

15:28 - 20 Sentyabr 2024 - DÜNYA

Avropa İttifaqı Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını 2025-ci ilin yanvarından altı ay deyil, üç il müddətinə uzadacağını gözləyir.

Ucnoqta.az xəbər verir ki, Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

Diplomatiya rəhbəri bütün sanksiyaların uzadılması üçün altı aylıq müddət qoymağı təklif edir, lakin Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını altı ay deyil, 36 aya uzatmağı təklif edir.
Diplomatın sözlərinə görə, belə bir qərarın 2025-ci ilin yanvarından tətbiq olunacağı gözlənilir.

Xəbər xətti