Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnierdən cümə axşamı ona təqdim olunan yeni hökumətə daxil ola biləcək nazirlərin siyahısında dəyişiklik etməyi xahiş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı mənbələrə istinadən məlumat yayıb.
Belə ki, dövlət başçısı ailə məsələləri üzrə nazir-nümayəndə vəzifəsinə namizədin dəyişdirilməsini xahiş edib.
Barnier bu vəzifəyə sağçı Respublikaçılar partiyasından olan senator Lorens Qarnieri təklif edib.
Kanalın qeyd etdiyi kimi, bu, Qarnierin əvvəllər eynicinsli nikahların leqallaşdırılmasına qarşı çıxan “La Manif pour tous” hərəkatını dəstəkləməsi ilə bağlıdır.
Mənbənin sözlərinə görə, Fransa lideri hesab edir ki, belə bir mövqe onun siyasətinə ziddir.