Latviyanın Seymi (birpalatalı parlament) yekun oxunuşda kredit təşkilatları haqqında qanuna ölkənin bankomatlarında rus dilindən istifadəni qadağan edən dəyişiklikləri qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, indi ölkənin kredit təşkilatlarının təqdim etdiyi bankomatlarda latış dili quraşdırılmalıdır.
Həmçinin cihazlarda Aİ və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin, eləcə də assosiasiyalara üzv olmağa namizəd dövlətlərin rəsmi dilləri quraşdırıla bilər.
Bildirilir ki, düzəlişlərin məqsədi bütün Latviya ərazisində sakinlər üçün nağd pulun olmasını təmin etməkdir.