Maştağa qəsəbəsində oğurluq olub.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, qəsəbə ərazisində bir həyətdən 2000 manat dəyərində darvaza, digər həyətdən 700 manat dəyərində su çəni, bir evdən isə 8000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı T.Əhmədov və əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 26 yaşlı A.Hacızadə müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.