ABŞ prezidentliyinə namizəd Kamala Harris evinə basqın etməyə cəhd edən hər kəsə qarşı odlu silahdan istifadə etməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə teleaparıcı Opra Uinfriyə danışıb.
"Kimsə evimə girərsə, güllələnəcəklər".
Lakin Harrisin bu sözləri gülərək dediyi qeyd edilir.
Əlavə edək ki, mövzu Respublikaçılar Partiyasının Ağ Ev rəhbəri vəzifəsinə namizəd Donald Trampın həyatına ikinci cəhdindən sonra aktuallaşıb.
Harrisin özü də Trampla debat zamanı onun odlu silah sahibi olduğunu qeyd edib.