Tramp Pensilvaniyada Duda ilə görüşü ləğv edib

00:00 - 20 Sentyabr 2024 - DÜNYA

 ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Polşa lideri Anjey Duda ilə əvvəllər sentyabrın 22-də Pensilvaniyada keçirilməsi planlaşdırılan görüşünü ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Polskie” radiostansiyası Ağ Evin keçmiş rəhbərinin planları ilə tanış olan qərargah nümayəndəsinə istinadən məlumat yayıb.

Polskie Radio iddia edir ki, bir gün əvvəl Trampın kampaniyası onun 1945-ci ildən sonra polyakların həmrəyliyi və müstəqillik uğrunda mübarizəsi şərəfinə abidənin açılışında iştirakını təsdiqləyib.

Polşa prezidentinin də eyni mərasimdə iştirakı nəzərdə tutulub. Trampın bu qərarının səbəbi məlum deyil.

Xəbər xətti