ABŞ prezidenti Co Bayden sentyabrın 23-də Vaşinqtonda BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşərək ikitərəfli münasibətləri və Qəzza zolağındakı böhranı müzakirə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib.
Kirbi əlavə edib ki, ABŞ vitse-prezidenti Kamala Harris BƏƏ lideri ilə ayrıca görüş keçirəcək.
Kirbi qeyd edib ki, tərəflər qabaqcıl texnologiyalar, enerji, kosmos və mühüm infrastruktura sərmayə qoyuluşu sahələrində əməkdaşlığın dərinləşdirilməsi də daxil olmaqla bir sıra ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.