Şimali Koreya Cənubi Koreyaya yenidən zibil balonları buraxıb

16:21 - 18 Sentyabr 2024 - DÜNYA

Şimali Koreya növbəti dəfə Koreya Respublikasına zibil balonları göndərir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya paytaxtının hakimiyyət orqanları məlumat yayıb.

Seul meriyası bildirib ki,  Şimali Koreya yenidən cənuba doğru zibil balonlarını buraxır. Onlar həmvətənlərindən diqqətli olmağı xahiş ediblər.

Koreya Respublikası Prezidentinin administrasiyası xəbərdarlıq edərək, Pxenyana “təxribatlardan” çəkinməyi tövsiyə edib.

Xəbər xətti