Çin Vaşinqtonun Tayvana silah tədarükünə görə doqquz Amerika şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Bildirilir ki, məhdudlaşdırıcı siyahıya "Sierra Nevada Corporation", "Stick Rudder Enterprises" şirkətləri və ABŞ-ın müdafiə sektoru ilə bağlı yeddi təşkilat daxildir.
Onların Çindəki mülkləri dondurulacaq, Çin şirkətləri və fiziki şəxslərin onlarla əməliyyatlar aparması qadağan ediləcək.
Məhdudiyyətlər sentyabrın 18-dən qüvvəyə minir.