İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Dövlət bayrağı günü şənbə gününə düşdüyündən 11 noyabr qeyri-iş günü olacaq. Bununla da ardıcıl 6 gün qeyri-iş günü olacaq.