Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 15 radələrində Ağdaş rayon sakini 1963-cü il təvəllüdlü Bəhman Qurban oğlu Ağayev fəhlə işlədiyi “Abşeron City” yaşayış kompleksindən yıxılıb.
12 mərtəbəli binanın 9-cu mərtəbəsində iş görərkən ehtiyatsızlıqdan yıxılan kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.