Goranboyun Veyisli qəsəbəsində Kəlbəcər sakini Rasim İsgəndərova məxsus mənzildə yanğın baş verib.
Ucnoqta.az-ın məlumatına görə, yanğın zamanı 6 aylıq körpə yanıq xəsarətlərindən həyatını itirib.Yanğınsöndürənlər alovu tez bir zamanda ram etsələr də, mənzildə yatılı olan körpə yanıq xəsarətləri alıb. Ev sahiblərinin məlumatına görə, azyaşlı qonşunun kiçik övladı olub. Onun anası yanğın olan evdə çörək bişirirmiş.
Xəsarət alan uşaq əvvəlcə Goranboy, ardından isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. "Xəstəyə baxış keçirilib, azyaşlı 60-70% yanıq xəsarətləri alıb", - həkim televiziyaya açıqlamasında bildirib.
Ağır yanıq xəsarətləri alan 6 aylıq körpə gecə saatlarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında vəfat edib.