Misirdə turistlər köpək balığına görə dənizə girməyə qorxurlar
Ucnoqta.az xəbər verir ki, bu barədə Shot məlumat yayıb. Məlumata görə, vəziyyət gərgin olaraq qalır. Səlahiyyətlilər turistlərin təhlükəsizliyini təmin etmək üçün köpək balığının hərəkətlərini diqqətlə izləməyə davam edir.
Misirin məşhur Şarm əl-Şeyx kurortunda təhlükəli köpəkbalığının peyda olması turistləri təşvişə salıb. Yerli hakimiyyət orqanları yırtıcıların hücumu təhlükəsi səbəbindən vaxtaşırı bəzi çimərlikləri bağlamağa məcbur olur.
Məlumdur ki, köpəkbalığı bu yaxınlarda üç otelin - Concorde, Grand Oasis və Island View çimərliklərində zolaqlı balıqların yanında görünüb.
Yaranmış vəziyyət istirahət edənlərin panikasına səbəb olub. İnsanlar dənizdə üzməkdən qorxurlar.