Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.
APA-nın məlumatına görə, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.
Hadisə şəhərin "Qaraçılar məhəlləsi" kimi tanınan ərazisində baş verib. Orada yaşayan A. Əmiraslanova və 2009-cu il təvəllüdlü Murad Əmiraslanovla qeyri-rəsmi nikahda olub. Sonra Aygün Muraddan ayrılaraq başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.