Gəncədə 18 yaşlı qadın bıçaqlanıb, onunla erkən nikahda olan 15 yaşlı oğlan tutulub

12:55 - 14 Sentyabr 2024 - HADİSƏ

Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.

Hadisə şəhərin "Qaraçılar məhəlləsi" kimi tanınan ərazisində baş verib. Orada yaşayan A. Əmiraslanova və 2009-cu il təvəllüdlü Murad Əmiraslanovla qeyri-rəsmi nikahda olub. Sonra Aygün Muraddan ayrılaraq başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.

Xəbər xətti