Bakıda evdən meyit tapıldı

17:50 - 11 Sentyabr 2024 - HADİSƏ

Bakıda evdən meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində baş verib.

Qonşular pis qoxudan şübhələnərək polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları evə daxil olaraq, mənzilin sahibəsinin meyitini tapıblar.

Məlumata görə, qadının yaşı 70-dən artıqdır.

Araşdırma aparılır.

Xəbər xətti