Lüksemburqdakı Avropa Məhkəməsi "Google"un 2017-ci ildə Avropa İttifaqının rəqabət qaydalarını pozduğuna görə Avropa Komissiyasının tətbiq etdiyi 2,4 milyard avro məbləğində cərimə ödəməsi barədə qərar çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.
Qərarda bildirilir ki, cərimə “Google-a öz alış-veriş xidmətini dəstəkləməklə dominant mövqeyindən sui-istifadə etdiyinə görə” tətbiq olunacaq.
Məhkəmə müəyyən edib ki, bazarın xüsusiyyətlərini və işin konkret hallarını nəzərə alaraq, "Google"un davranışı ayrı-seçkilik xarakteri daşıyır və əsas rəqabətin tərifinə uyğun gəlmir.