“Son vaxtlar çox eşitmisiniz ki, sazişin 80%-i razılaşdırılıb. İki cümlədən ibarət daha 3 bənd qismən razılaşdırılıb; daha konkret desək, təkliflərdən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb”
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “YEREVAN DIALOQUE 2024” sammitində deyib.
O qeyd edib ki, layihə Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını da nəzərdə tutur.
“Yaxın vaxtlarda sülh və münasibətlərin qurulmasına dair razılaşdırılmış sənədi imzalamağa hazır olduğumu təsdiq edirəm”, - deyə baş nazir bildirib.