Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F. İsmayılov universitet tələbəsi olub.
Fakt araşdırılır.