Azerçay cüdo üzrə “Ustad dərsləri”nə dəstək olub

15:19 - 9 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Doğma çay markası Azerçay daim müxtəlif sosial layihələrdə iştirak edir. Bu dəfə isə Bakıda və bölgələrdə təşkil olunan cüdo üzrə “Ustad dərsləri”nin keçirilməsinə dəstək olub.

Belə ki, avqust ayının sonu, sentyabr ayının əvvəllərində bəzi bölgələrimizdə Azərbaycan Cüdo Federasiyası təşkilatçılığı ilə "Ustad dərsləri" adlı tədbirlər keçirilib. Bu tədbirlər proqramında nəzərdə tutulan şəhərlərin mərkəzində cüdo yarışmaları baş tutub. Hər regionda 80-120 idmançı iştirak edib.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Quba təşkil olunan master klasslara gələn qonaqların isti və pürrəngi çayla təminatını isə doğma çay həyata keçirib.

Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır.


Xəbər xətti