Azərbaycanda zəlzələ oldu (YENİLƏNİB)

11:51 - 5 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 05.09.2024-cü il tarixində yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

11:01

Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Xəbər xətti