Azərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi - Foto

09:04 - 4 Sentyabr 2024 - HADİSƏ

Azərbaycanın əməkdar həkimi, uşaq cərrahı, tibb elmləri doktoru, professor Rauf Quliyev vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, o, 71 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, R.Quliyev 1953-cü il tarixdə anadan olub. Mərhum həkim Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri vəzifəsində çalışırdı.


Xəbər xətti