Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.
Meyit rayonun Separadi kəndi ərazisində aşkarlanıb. Kənd sakini 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərlinin meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb.
Ə.Əkbərlinin evdə tək yaşadığı bildirilir. Məlumata görə, bu ay onun nişanı olacaqmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.///apa