"Layiqli namizədə səs verdim" - 104 yaşlı seçici

12:58 - 1 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Xarxatan kənd sakini olan 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran - Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib. 

Qızvəs Mehtiyeva APA-nın cənub bürosuna bildirib ki, əvvəlki bütün seçkilərdə iştirak edib: "Səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Layiqli namizədə səs verdim".

Xəbər xətti