Paşinyan Azərbaycanla ikitərəfli iş formatını dəstəkləyir
Ucnoqta.az xəbər verir ki, Ermənistanın baş naziri mətbuat konfransında bildirib ki, bu format ötən ilin dekabrından bu ilin aprelinə kimi “müəyyən effektivlik” göstərib.
O, dünən sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin imzalandığını xatırladıb və bildirib ki, biz bu istiqamətdə diqqət mərkəzində olmalıyıq.
Eyni zamanda Nikol Paşinyan bildirib ki, o, digər, çoxtərəfli formatları istisna etmir.