Bu məktəbdə işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

14:52 - 30 Avqust 2024 - ÖLKƏ İÇİ

Şəki şəhər 6 nömrəli tam orta məktəbə fənn müəllimlərinin qəbuluna başlanılır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, sözügedən məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.

Təhsil müəssisəsində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Odur ki, qeyd olunan təhsil müəssisəsində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik.

https://forms.gle/6sgwr6ueu1tsrzXBA

Müsahibədə qiymətləndirmə göstəricisi (MİQ, DQ, və ya Sertifikatlaşdırma) 85% və daha yüksək olan ali təhsilli müəllimlər iştirak edə bilərlər.

Xəbər xətti