Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də İsveç , 8-də isə Slovakiya milli komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib:
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov
Müdafiəçilər: Amin Seydiyev, Qismət Alıyev, Abbas Hüseynov, Şəhriyar Əliyev, Rahil Məmmədov, Bədavi hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər: Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev, Ozanca Kökçü, Toral bayramov, Ramil Şeydayev
Hücumçular: Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov
Qeyd edək ki, komandamızın təlim-məşq toplanışı sentyabrın 2-də başlayacaq.
Məşqlər "Qarabağ Arena"da keçiriləcək. Sentyabrın 4-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyunqabağı son məşq olacaq.
Sentyabrın 6-da isə millimiz Slovakiya ilə matç üçün Koşitseyə yola düşəcək.