UEFA Konfrans Liqasında "Zirə" Bakıda Kiprin "Omoniya" klubu ilə qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qələbə qazanıb. Qələbə topunu 79-cu dəqiqədə Rafael Utziq vurub.
Səfərdə rəqibinə 6:0 uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.
Qeyd edək ki, "Omoniya" bu mövsüm Avroliqa oyunlarının heç birində mğlub olmamışdı. "Zirə" rəqibin məğlubedilməzlik sindromunu qırdı