Oğuzda 53 yaşlı kişi çayda çimərkən boğuldu

19:33 - 29 Avqust 2024 - HADİSƏ

Oğuz rayonunda çaydan kişi meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Oğuz şəhəri ərazisindən keçən Əlicançay çayında baş verib.

Belə ki, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Əmrah oğlu Budaqov istirahət etmək məqsədilə çay sahilinə gedib.

Məlumata görə, 53 yaşlı T. Budaqov spirtli içkinin təsiri altında çayda çimərkən boğularaq ölüb.

Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti