Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, Azərbaycan XİN rəhbəri avqustun 27-də Türkiyəyə səfər edəcək.
Səfər zamanı Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı regional və beynəlxalq məsələlərin də müzakirəsi nəzərdə tutulur.