“Kənd yerlərində qadın hüquqlarının qorunması“ layihəsinə yekun vurulub

14:33 - 22 Avqust 2024 - ÖLKƏ İÇİ

“Kənd yerlərində qadın hüquqlarının qorunması“ layihəsinə yekun vurulub.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Masallıda Qadınların Sosial İnkişafına Dəstəklənməsi” ictimai birliyi tərəfindən icra edilibdir. 

Təşkilatın sədri və layihə rəhbəri Nərgiz Muxtarova açıqlamasında qeyd edibdir ki, layihənin məqsədi icma-əsaslı kəndlərdə cəmiyyətin inkişafında gender bərabərliyinin və qadın hüquqlarının qorunmasında maarifləndirmə işləri aparmaqdır. O, bildiribdir ki, layihə Masallı rayonunda 5 ərazisində təşkil olunub. Belə ki, Masallı şəhərində, Masallı rayonu Şərəfə kəndində, Masallı rayonu Ərkivan Qəsəbəsində Masallı rayonu Mahmudavar kəndində və Masallı rayonu Hişkədərə kəndində eyni formatda təşkil edilibdir. Layihədə ümumilikdə 115-dən çox qadın faydalanıbdır. 

Layihənin eksperti Afiq Məlikov  tərəfindən seminarlarda Azərbaycanda qadınların hüquqi öhdəlikləri, gender bərabərliyi, gender təhsili və kənd yerlərində gender stereotipləri və s. mövzusunda iştirakçıların diqqətinə çatdırıbdır.
 Seminarlarda iştirakçılarla fikir mübadiləsi aparılıb və təkliflər dinlənilibdir. 
Seminarların sonunda iştirak edənlərə sertifikatlar təqdim edilibdir.


Xəbər xətti