Qubada ana və körpəsi doğuş zamanı ölüb

13:09 - 22 Avqust 2024 - HADİSƏ

Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, hadisə Regional Perinatal Mərkəzdə baş verib.

Xaçmaz rayonun Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lakin o və körpəsi əməliyyat zamanı ölüb.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti