Nazirlik əməkdaşı iş başında öldü

12:32 - 21 Avqust 2024 - SİYASƏT

Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə nazirliyin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.

Həmin mərkəzdə çalışan 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən vəfat edib.

İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti