Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 224-cü km-də rayonun Qaraqan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü İbrahimov Səbuhi Raqif oğlu Göyçay istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan piyada Rəşidov Səməd Sərvər oğlunu vurub.
Daha sonra o avtomobil ilə yol kənarındakı su kanalına düşüb.
Sürücü və piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan"Report"yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, avqustun 19-da saat 01 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Səbuhi İbrahimov idarə etdiyi “KIA” markalı avtomobillə yolun kənarında dayanan piyada, 1993-cü il təvəllüdlü Səməd Rəşidovu vurub, daha sonra isə nəqliyyat vasitəsi su kanalına aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, S.Rəşidov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.