Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsinin qalibi Riad Ağayev Habil oğlu tərəfindən icra olunan “İntellektli Gənc” adlı layihə çərçivəsində 13 avqust tarixində Lerik rayonunda 14-29 yaşarası 30 nəfər gənc üçün “Nə? Harada? Nə zaman?” tipli intellektual yarış həyata keçirilib.
Tədbirin açılışını layihə rəhbəri Riad Ağayev edib. O, İntellektual oyunlar haqqında məlumat verib, bu tip yarışların gənclərin həyatında müsbət rol oyandığını yarışma iştirakçılarına bildirib. Daha sonra Azərbaycan Gənclər Fondunun layihəyə verdiyi maliyyə dəstəyinə görə gənclər adından təşəkkürünü də bildirib və iştirakçı olan gənclərin də gələcəkdə Fondun qrant müsabiqələrində iştirakını onlar üçün uğurlu addım kimi diqqətə çatdırıb.
Layihə çərçivəsində həyata keçirilən intellektual yarışda 30 sual səsləndirilib. İlk yeri “Qacar”; 2-ci yeri “Vüqar”; 3-cü yeri isə “Vendetta” komandaları tutublar. İlk yeri tutmuş komandaya diplom və kubok, 2 və 3-cü yeri tutmuş komandalar isə diplomla təltif olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin asudə vaxtlarını daha səmərəli keçirmək, respubilkanın və regionun intellektual həyatında aktiv şəkildə iştrak etməkdir. Adları qeyd olan rayonlarda olan bilikli gəncləri üzrə çıxartmaq, region və respubilka turnirlərində iştirakına köməklik göstərməkdən ibarətdir. Layihədə iştrak edəcək gənclərə müəyyən istiqamətlər verib öz rayonlarında bu tip intellektual yarışların təşkilində dəstək olmaq əsas məqsədlərimizdən olacaq.
Əlavə edək ki, cari ilin avqust ayında layihənin Lənkəran, Lerik rayonları ilə yanaşı, Astara rayonunda da keçirilməsi planlaşdırılıb.