Direktor müavini olmaq istəyənlərin müsahibə mərhələsinə başlanıb

14:54 - 15 Avqust 2024 - ÖLKƏ İÇİ

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıb.

Ucnoqta.az xəbər verir ki, test imtahanının nəticələrinə əsasən, keçid balını toplamış 98 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifələrinə işə qəbulun qeydiyyat mərhələsindən keçmiş 428 nəfər Şəki-Zaqatala Regional Təhsil İdarəsinin SİM İnkişaf Platformasında öyrədici kurslara qoşulub. Bu kurslarda iştirak edənlərdən 50%-dən yuxarı nəticə göstərmiş 161 nəfər namizəd 8 avqust 2023-cü il tarixdə keçirilmiş test imtahanına dəvət olunub.

 

Test imtahanında namizədlərə ümumilikdə 45 test tapşırığı təqdim edilib: təhsil və əmək qanunvericiliyi üzrə 10 sual, pedaqogika və metodika üzrə 20 sual, məntiq üzrə 10 sual, İKT üzrə isə 5 sual. Sualların 50%-ni düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.

Xəbər xətti