Kür çayında avtomobillə batan iki nəfərdən birinin meyiti tapılıb

15:44 - 14 Avqust 2024 - ÖLKƏ İÇİ

Tovuzda avtomobillə Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti tapılıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Xəbər xətti