Qohum nikahları fəsadları mövzusunda tədbir keçirilib - FOTO

12:01 - 13 Avqust 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qayğı" Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyinin icra etdiyi “Qohum nikahları əleyhinə maarifləndirmə” layihəsi çərçivəsində 9-11 avqus 2024-cü il tarixində Lənkəran şəhərində 3 günlük “Təlimçilər üçün olan təlim” həyata keçirilib.

"Qayğı" Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İB-nin mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, təlimdə ölkəmizin 9 regiounu təmsil edən sosial aktiv gənclər, psixoloq, sosioloq, media sahəsində çalışan şəxslərdən ibarər 20 nəfər təmsil olunub. 
Tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin sədri, layihə rəhbəri İntiqam Səfərov tərəfindən geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb.

Layihə üzrə təlimçi Afiq Məlikov tərəfindən iştirakçılarla nikah, nikah hüququ, Azərbaycanda ailə dəyərləri, qohum nikahları və onların doğurduğu genetik xəstəliklər, qohum nikahlarının doğurduğu sosial problemlər, qohum nikahlarının sosioloji fəsadları və s  mövzularda məlumatları bölüşüb və müzakirələr aparılıb.

Təlim zamanı müxtəlif qrup işləri kimi fəaliyyətlər də icra edilib. Tədbirdə ekspert qismində iştirak edən Hüquqşünas Adəm Rəcəbli nigahlarla bağlı hüquqi aspektlərə toxunub, Azərbaycan qanunvericiliyində bu barədə nəzərdə tutulan müvafiq müddəaları diqqətə çatdırıb. Təlimə cəlb edilmiş digər ekspert Astara rayon Mərkəzi xəstəxanasının psixoluqu Fərrux Əliyev də iştirakçılarla qohum nigahlarının psixoloji aspektlərini müzakirə edib, praktiki misallarla çıxış edib.

Tədbirin sonunda iştirakçılar tədbirin cəmiyyət üçün əhəmiyyətini qeyd edib gələcəkdə qohum nikahlarının fəsadlarını nəzərə alaraq belə evliliklərə qarşı mübarizə tədbirlərinin aparılmasının vacib olduğunu qeyd etdiblər. Yekunda təlimdə sonadək iştirak edən iştirakçılara sertifikatlar təqdim edilib. 

Məlumat üçün bildiririk ki, təlimdə iştirak edən gənclər ətrafındakı şəxslər üçün müxtəlif məlumatlandırma görüşləri təşkil edəcək və sosial şəbəkələrdə qohum nikahları əleyhinə müxtəlif formada təbliğat xarakterli yazılar paylaşmağı hədəf götürüblər. 

Qeyd edək ki, layihənin əsas məqsədi ictimaiyyət arasında qohum evliyinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərini həyata keçirtməklə belə evliliklərdən yarana biləcək xəstəliklərin qarşısının alınmasına nail olmaq və sağlam gəncliyin formalaşmasına töhfə verməkdən ibarətdir.

Xəbər xətti