Benzin qiymətlərindəki dəyişiklik bəzi avtomobillərin qiymətini ucuzlaşdırsa da, bəzilərinin qiymətinin artmasına səbəb olub.
Ucnoqta.az milli.Az-a istinadən bildirir ki, bunlar əsasən "Chevrolet"in "Cruze" və "Malibu" modelləridir. Belə ki, əvvəllər 92 oktanlı benzinlə normal işləmədiyinə görə qiyməti hədsiz düşən bu modellər bu gün 2-3 min baha qiymətə təqdim olunur.
92 oktan benzinlə işləyən avtomobillərin qiymətində isə ucuzlaşma var.
Qeyd edək ki, ümumilikdə "Chevrolet" dünya bazarında etibarsız avtomobil kimi tanınır.
Məlumat üçün bildirək ki, Aİ-95 markalı benzin 2 manatdan 1 manat 60 qəpiyə düşüb. Bu da həmin benzinə marağı yenidən artırıb.