Göygöldə zəhərlənənlər xəstəxanadan evə buraxılıblar

10:27 - 13 Avqust 2024 - Cəmiyyət

Göygöl Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Xatırladaq ki, avqustun 11-də Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə 52 nəfər müraciət edib.

Xəbər xətti