Məhərrəm ayının bitməsinə az qalmış şadlıq evlərində bütün yerlər bron edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Xəzər TV" məlumat yayıb.
Məlumata görə, inzibatçılar deyirlər ki, növbəti aylar üçün yerlərin çoxu tutulub.
Onların sözlərinə görə, əgər əvvələr daha çox həftəsonu üçün toy sifariş verilirdisə, indi həftəiçi də sifariş verənlər var.
İnzibatçılar deyirlər ki, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək. O ki qaldı qiymətlərə, bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.
Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-da başa çatıb, səfər ayı başlayıb.
Sentyabrın 5-də isə səfər ayı başa çatacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: