Siyəzəndə “Kiberdələduzluğa qarşı maarifləndirmə” təlimi

18:55 - 9 Avqust 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi “Kiberdələduzluğa qarşı maarifləndirmə” ictimai təlimlərin təşkili layihəsi çərçivəsində Siyəzəndə 6 avqust tarixində təlim keçirib.

Siyəzən Rayon İcra Hakimiyyətinin əməkdaşı Aqil Abdulov tədbir iştirakçılarını salamlayaraq kiberdələduzluğun ölkədə geniş yayıldığını və kiberdələduzluğa qarşı mübarizənin genişləndirilməsi üçün bu tip təlimlərinin vacib olduğunu qeyd etdi.

Layihə rəhbəri Samir Həsənov öz növbəsində tədbirin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihənin həyata keçirilməsinə öz təşəkkürünü bildirərək, internetdə geniş yayılmış kiberdələduzluq halları barədə təlim iştirakçılarını məlumatlandırdı.

Layihənin eksperti Yusif Süleymanlı təqdimatında kiberdələduzluq halları və onlara qarşı mübarizə üsullarından geniş söhbət açdı. Təlim iştirakçıları qarşılaşdıqları kiberdələduzluq və bank kartlarından oğurluq halları barədə məlumat verərək müdafiə üsullarının mövcudluğu haqqında suallar verdilər. Yusif Süleymanlı təlim iştirakçılarına fərdi məlumatların mühafizəsi, social şəbəkələrdə iş, şifrə sistemi və 2 faktor qoruma sisteminin vacibliyi və dipfeyk (deep fake news) xəbərlər barədə məlumatları nəzərə çatdırdı. Təlim qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirildi.

Sonda təlim iştirakçıları çay-kofe süfrəsinə dəvət olundu.

Xəbər xətti