Asiya İnkişaf Bankı (AİB) Tacikistanda iqtisadi islahatların həyata keçirilməsi layihəsi də daxil olmaqla, 110 milyon dollar dəyərində layihələri maliyyələşdirmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tacikistanın maliyyə nazirinin birinci müavini Yusuf Məcidə mətbuat konfransında TASS-ın sualını cavablandırarkən bildirib.
O, bildirib ki, gələn həftə Asiya İnkişaf Bankı ilə təxminən 110 milyon dollar qrant vəsaiti haqqında saziş imzalanacaq. O, qeyd edib ki, imzalanma mərasimi avqustun 19-da Düşənbədə planlaşdırılır.