"Air France" iyulun sonundan etibarən qüvvədə olan Livana uçuşlarına qadağasını avqustun 11-dək uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat verilir.
Bildirilir ki, Livandakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, aviaşirkət Paris Roissy-Charles de Gaulle hava limanı ilə Beyrut arasında uçuşların dayandırılmasını 11 avqust 2024-cü ilədək uzadıb.