Rusiya Müdafiə Nazirliyinin keçmiş rəis müavini İvanovun malikanəsi qanunsuz tikilib və sökülə bilər
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tver vilayətində, Volqanın sahilində yerləşən malikanə icazəsiz tikinti kimi tanınıb. İstintaq təcridxanasında olan və 1,185 milyard rubl rüşvətdə ittiham olunan keçmiş müdafiə nazirinin müavini Timur İvanovun mülkü sökülmək təhlükəsi ilə üzləşib.
Məlumata görə, Kalyazinski rayonunun administrasiyası artıq söküntü ilə bağlı iddia hazırlayıb və tezliklə onu məhkəməyə göndərəcək.
Malikanənin dəyəri iki milyard rubla yaxındır.
Ərazinin özü təxminən səkkiz hektara, yaşayış sahəsi isə 3000 kvadratmetrə çatır. Əraziyə həmçinin spa kompleksi, hovuz, qulluqçu evləri və anqarlı helikopter meydançası daxildir.