2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, 31 iyul–5 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdi.