Çempionlar Liqası: “Qarabağ” “Ludaqorets”ə qarşı

12:02 - 6 Avqust 2024 - İDMAN

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxacaq

Ucnoqta.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstanın “Ludaqorets” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Matçı isveçrəli hakim Urs Şnider idarə edəcək.

Komandalar arasında cavab oyunu avqustun 13-də səfərdə keçiriləcək.

6 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan)

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach 

Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti