"Qarabağ" artıq beynəlxalq yarışlarda öz sözünü deyib.
Bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Qeorqi Dermendjiev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçı öncəsi mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis "Qarabağ"ın səviyyəli komanda olduğunu bildirib:
"Qurban Qurbanov 10 ildən artıqdır ki, bu komandanı çalışdırır və yaxşı kollektiv yaradıb. Ağdam klubu artıq beynəlxalq yarışlarda öz sözünü deyib. Təbii ki, bizim də təcrübəmiz var. Sabah gərgin və maraqlı oyuna şahidlik edəcəyik. "Qarabağ" Azərbaycanda ən güclü klubdursa, "Ludoqorets" də Bolqarıstanda ən yaxşılardandır".
Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.