Azərbaycanlı jurnalist Əfqan Sadıqov Tbilisidə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova onun saxlanılma anının görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Məlumat üçün qeyd edək ki, məsələ ilə bağlı vəkil Rüfət Səfərov sosial şəbəkədə Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqovun barəsində cinayət işi başladığını yazıb:
“Jurnalist hədə-qorxu yolu ilə tələbetmədə ittiham olunur. O, beynəlxalq axtarışa verilib. Azərbaycan tərəfinin sorğusuna uyğun olaraq, jurnalistin ekstradisiya ediləcəyi gözlənilir”.
Qeyd edək ki, Əfqan Sadıqov əvvəllər də eyni maddə ilə həbs olunub.///sfera.az